Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayında maraqlı məqalələr yer alıb
19.03.2018 11:05
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 19 mart 2018-ci il tarixində işıq üzü görüb.

Qəzetdə AMEA-da 2017/18-ci tədris ili üçün elmlər doktoru pilləsi üzrə doktoranturaya qəbul ilə bağlı keçirilən toplantı, Rəyasət Heyətinin növbəti iclası, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində akademiyada baş tutan “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” beynəlxalq elmi simpoziumu, Ədəbiyyat İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan "Azərbaycan ədəbiyyatında soyqırım və deportasiyaların bədii əksi: reallıqlar və çağırışlar" elmi sessiyası, Elm Tarixi İnstitutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylinin Ukraynaya səfəri və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Bioinformatika üzrə tanınmış alim", "Şərq tarixinin parlaq səhifəsi", "Ətraf mühit və insan sağlamlığı", "Solmaz çiçəklər", "Şöhrəti qitələri aşan bağ", "Xəzər Atlantidası" adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «Спасибо, Азербайджан», «Приоритетный комплекс идеалов», «Президиум отчет одобрил», «Не теряющие актуальности», «Надо быть честным человеком», «Будущее в розовом свете», «Когда наука деградирует», «Наука и гендер» və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: