Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Dendrologiya İnstitutunda Novruz bayramı qeyd olunub
19.03.2018 08:33
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda Novruz bayramı qeyd olunub

AMEA-nın Dendrologiya İnstitutunda Novruz bayramı münasibətilə tədbir keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov açaraq Novruz bayramının tarixindən, adət-ənənələrimizdən danışıb.

Daha sonara institutun Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyeva çıxış edərək təbiətin, fəsillərin dəyişməsi ilə bağlı olan Novruz bayramının tək bizim yox, dünyada yaşayan bütün canlı varlıqların bayramı olduğunu söyləyib.   

Tədbir çərçivəsində milli kino inciləri toplusundan səhnəciklər canlandırılıb, musiqi sədaları altında keçəl və kosanın oyunları nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: