Muzeyin Silahlar və bayraqlar fondunda Cümhuriyyət tarixini əks etdirən unikal bir eksponat mövcuddur. Bu, ipək parça üzərində türk əsgərlərinin şəkillərinin və hərbi atributların təsvir olunduğu eksponatdır. Təsvirli parça Qafqaz İslam Ordusunun əsgərlərinin şərəfinə hazırlanıb. Parçanın üzərində “Evladi-şühəda məa ülüvvi izzə. Ləin şaşaaha alə sirri-keys-didar”. (Şəhid övladları uca şərəflə birlikdədir. Vallah onların parlaqlığı ilahi idrak sirrinin də üzərindədir) sözləri yazılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.