Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.03.2018 11:16
  • A-
  • A
  • A+

31 mart soyırımı Azərbaycan xalqının qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qalacaq

31 mart soyırımı Azərbaycan xalqının qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qalacaq

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun direktoru, akademik İradə Hüseynova kütləvi qanlı qırğınların ermənilərin xalqımıza qarşı iki əsr davam edən mənfur siyasətinin  təzahürü olduğunu bildirib. 1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda, Qubada, Şamaxıda, digər şəhər və rayonlarımızda törətdikləri qanlı faciələrdən danışan institut direktoru qeyd edib ki, mənfur düşmən bu hadisələr zamanı on minlərlə günahsız insanı qətlə yetirib, kəndləri, qəsəbələri, şəhərləri viran edib.

Akademik İ.Hüseynova ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə bu qanlı hadisəyə siyasi və hüquqi qiymət verildiyini diqqətə çatdırıb.

Tədbirdə digər çıxış edənlər ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının tarixi köklərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: