Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Qaradağ rayonu ərazisində yerləşən “Ayrantökən” palçıq vulkanında püskürmə baş verib
30.03.2018 15:22
  • A-
  • A
  • A+

Qaradağ rayonu ərazisində yerləşən “Ayrantökən” palçıq vulkanında püskürmə baş verib

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun verdiyi məlumata görə, martın 29-da saat 19:25 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Ayrantökən” palçıq vulkanında püskürmə baş verib. Püskürmənin davametmə müddəti 2dəq 24 saniyə olub.

Püskürmə alovla müşayiət olunub və alov sütunu vulkanın kraterindən təqribən 100-150 metr yüksəkliyə qalxıb.  Palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Xatırladaq ki, “Ayrantökən” palçıq vulkanı Azərbaycan Respublikasının Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. İlk püskürmə 1964-cü il oktyabrda, son püskürmə isə 2008-ci ildə qeydə alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: