www.science.az
03.04.2018 10:24

Milli Azərbaycan Tarixi Muzeyinə Şərq xalçası hədiyyə olunub

Bu yaxınlarda İsraildə yaşayan həmyerlimiz Rauf Şalikoyeviç Zarbailov Şərq mədəni irsinin nümunəsi olan Əfqanıstan xalçasını AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib. XX əsrə aid bu xalça muzeyin Etnoqrafiya fonduna təhvil verilib.

Maddi-mədəniyyət nümunəsi Şərq kolleksiyasının zənginləşdirilməsi baxımından tarixi əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.