Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanına həsr olunan elmi konfrans keçirilib
04.04.2018 13:45
  • A-
  • A
  • A+

Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanına həsr olunan elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu bölmənin Elektron kitabxanası ilə birgə Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanına həsr olunan elmi konfrans keçirib.

Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli sərəncamına əsasən baş tutub.

Konfransda institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək xalqımızın qədim mədəni irsinin qorunub saxlanılması, inkişafı istiqamətində görülən işlərdən danışıb. Vurğulayıb ki, sözügedən sərəncamda yeni nəslin vətənpərvərlik tərbiyəsi və dünyagörüşünü zənginləşdirən, o cümlədən tariximiz, mədəniyyətimizlə bağlı kitablar üstünlük təşkil edir.

Sonra institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Azərbaycan ədəbiyyatının istiqlal romanı: “Qılınc və Qələm”” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Məmməd Səid Ordubadi nəhəng yazıçılıq qüdrətilə Azərbaycan xalqının və dövlətinin tarixi, mübarizə əzmi barəsində sanballı əsərlər yaradıb. R.Qasımov “Qılınc və Qələm” əsərinin bunun bariz nümunəsi olduğunu söyləyib.

Daha sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov, Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov və Elektron kitabxananın direktoru Sahab Əliyeva çıxış edərək əsərin məziyyətlərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: