Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.04.2018 17:07
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunda 11 aprel prezident seçkiləri ilə bağlı toplantı keçirilib

Arxeologiya və Etnoqrafiya İnstitutunda 11 aprel prezident seçkiləri ilə bağlı toplantı keçirilib

Aprelin 4-də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda ölkəmizdə 11 aprel prezident seçkiləri ilə bağlı toplantı keçirilib.

Tədbiri institutun şöbə müdiri, akademik Teymur Bünyadov açaraq bildirib ki, aprel ayının 11-də xalqımızı konstitusiya ilə təsbit olunmuş demokratik prinsiplərə əsaslanan seçkilər gözləyir. O, KİV-lərdə namizədlərə öz təbliğat-təşviqat kampaniyalarını aparmaları üçün demokratik və ədalətli şəraitin yaradıldığını söyləyib.

Akademik vurğulayıb ki, dövlətimizin başçısının elmin inkişafı, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. T.Bünyadov elm adamlarının qarşıdakı prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib.

Sonra institutun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli çıxış edərək Prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycanın yüksək inkişaf mərhələsinə çatdığını vurğulayıb. Alim qeyd edib ki, respublikamızın dünya ölkələri arasında layiqli yer tutması Prezident İlham Əliyevin xalqımız və dövlətimiz naminə reallaşdırılan məqsədyönlü siyasətinin, düşünülmüş inkişaf proqramının məntiqli nəticəsidir. 

Tədbirdə, həmçinin institutun ümumi işlər üzrə direktor müavini Malik Əliyev, Həmkarlar Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, tarix elmləri doktorları - Əsədulla Cəfərov, Hidayət Cəfərov, Nərgiz Quliyeva və digərləri çıxış edərək prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsinin sabitlik, inkişaf və rifahın tələbi olduğunu bildiriblər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: