Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.04.2018 09:44
  • A-
  • A
  • A+

Arxegeoloji tapıntıların tarixləndirilməsində radioizotop metodlarının tətbiqinə həsr olunan tədbir keçirilib

Arxegeoloji tapıntıların tarixləndirilməsində radioizotop metodlarının tətbiqinə həsr olunan tədbir keçirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) “Arxegeoloji tapıntıların tarixləndirilməsində radioizotop metodlarının tətbiqi” mövzusunda ümumrespublika elmi seminarı keçirilib.

Tədbiri GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra o, GGİ, Arxeologiya və EtnoqrafiyaNeft və Qaz institutlarının birgə əməkdaşlığı çərçivəsində aparılan tədqiqatların nəticələri barədə məlumat verib. Bildirib ki, arxegeoloji tapıntıların tarixləndirilməsi AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) hələlik mövcud olan radiokarbon, elektron paramaqnit rezonans və termolüminessensiya metodları ilə aparılır.

D.Hüseynov bu istiqamətdə RPİ-də yaradılmış xüsusi tədqiqat qrupu ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə RPİ-nin aparıcı elmi işçisi Sahib Məmmədov “Arxegeoloji tapıntıların tarixləndirilməsində radioizotop metodlarının tətbiqi” mövzusunda təqdimatla çıxış edib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: