www.science.az
05.04.2018 10:41

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan müsabiqə keçiriləcək

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu elmi müəssisənin gənc alim, doktorant və dissertantları arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan "Ən yaxşı elmi məruzə" adlı müsabiqə keçiriləcək.

Şuranın sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayevin sözlərinə görə, müsabiqə 5 aprel-15 may 2018-ci il tarixlərində baş tutacaq və iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzə edəcəklər.

Ekspert Komissiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.