Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qeyri-neft sənayesinin iqtisadiyyatı” adlı dərslik çap edilib
09.04.2018 09:04
  • A-
  • A
  • A+

“Qeyri-neft sənayesinin iqtisadiyyatı” adlı dərslik çap edilib

AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev  və Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasovun həmmüəlifi olduğu “Qeyri-neft sənayesinin iqtisadiyyatı” adlı dərs vəsaiti işıq üzü görüb.

“Elm və Təhsil” nəşriyyatında çapdan çıxan kitab Azərbaycanda qeyri-neft sənayesi iqtisadiyyatına həsr edilmiş ilk monoqrafik məzmunlu dərslikdir.

Nəşrdə qeyri-neft sənayesinin xarakterik xüsusiyyətləri, strukturu, formalaşmasının əsas prinsipləri, milli iqtisadiyyatda onun rolu və əhəmiyyəti göstərilib. Bundan əlavə, qeyri-neft sənaye sahələrinin təkamül yolu ilə inkişafı, mövcud sosial-iqtisadi durumu, ixrac potensialı çoxillik statistik məlumatlar əsasında kompleks şəkildə təhlil edilərək qiymətləndirilib.

Dərslikdə, həmçinin aqrar sənaye kompleksinin formalaşması və inkişafı, rabitə və informasiya texnologiyalarının, tikinti sənayesinin inkişafı məntiqi ardıcıllıqla verilib.

Vəsait ali məktəblərin bakalavr və magistr pillələrində təhsil alan tələbələr, doktorantlar, müəllimlər, o cümlədən ixtisasartırma kurslarının dinləyiciləri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: