Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

On dörd məsumun tərcümeyi-halını ehtiva edən kitab nəşr olunub
12.04.2018 09:25
  • A-
  • A
  • A+

On dörd məsumun tərcümeyi-halını ehtiva edən kitab nəşr olunub

XX əsrin əvvəlində geniş maarifçilik fəaliyyəti ilə məşğul olmuş Hacı Şıxəli Feyzullahzadənin “Təzkirətül-övliya” əsəri çapdan çıxıb.

Kitab AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan və 1917-ci ildə “Açıq söz” elektirk mətbəəsində işıq üzü görmüş çap nüsxəsi əsasında hazırlanıb.

Keçən əsrin əvvəlində Bakıda fəaliyyət göstərən “Səadət” mədrəsəsinin müdiri olmuş Hacı Şıxəli Feyzullahzadənin Osmanlı ləhcəsində yazdığı bu əsərdə on dörd məsumun həyat və fəaliyyəti ayrı-ayrılıqda öz əksini tapır.

Kitabı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Hacı Rauf Şeyxzamanlı nəşrə hazırlayıb.     

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: