www.science.az
16.04.2018 11:51

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Çində ezamiyyətdə olublar

Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) Maye və qaz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov və həmin şöbənin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru, dos. Eldar Abbasov Çində ezamiyyətdə olublar.

Səfər zamanı alimlər Pekində yerləşən "New Horizon" elmi mərkəzində innovativ işlənmənin Çinin karbohidrogen yataqlarında adaptasiya olunması və tətbiqinə dair müzakirələr aparıblar.

Azərbaycanlı alimlərin elmi araşdırmalarının nəticələri və yaratdıqları yeni innovativ üsul və texnologiyalar Çində neftçıxarma və neftveriminin artırılması sahəsinin mütəxəssislərinin marağına səbəb olub. Çin tərəfdaşları tərəfindən texnologiyanın sənayedə tətbiqinin aparılması təşəbbüsü irəli sürülüb.

RMİ-nin əməkdaşları, həmçinin Çinin ən böyük şirkəti “CNOOC”un aparıcı mütəxəssisləri ilə də görüşüblər. 

Görüşdə çinli alimlər Azərbaycanda birgə elmi tədqiqatlara və neft yataqlarında geofizika sahəsində proqram təminatının interpretasiyası istiqamətində yeni işləmələrin reallaşdırılmasına maraq göstərdiklərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.