Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.04.2018 10:14
  • A-
  • A
  • A+

Yüksək texnologiyaların kənd kəsərrüfatında tətbiqinə dair müzakirələr aparılıb

Yüksək texnologiyaların kənd kəsərrüfatında tətbiqinə dair müzakirələr aparılıb

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olub.

YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev görüşdə yüksək texnologiyaların kənd təsərrüfatında tətbiqindən söz açıb. O, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə birgə əməkdaşlığın zəruriliyini qeyd edib.

Sonra İ.Bayramov kənd təsərrüfatının inkişafında dövlət qayğısından danışıb, qabaqcıl texnologiyaların bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da tətbiqinin vacibliyini bildirib, iki qurum arasında əməkdaşlığın gələcək perspektivlər üçün önəm daşıdığını vurğulayıb.

Daha sonra “Elm və Texnologiya Parkı” MMC-nin nümayəndəsi Fərəc Xalıkov pilotsuz uçan aparatların kənd təsərrüfatında tətbiqindən bəhs edib.

Sonda qonaqlar YT Parkın rezidentləri – "Təcrübə-Sənaye Zavodu" MMC və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirib, pilotsuz uçan aparatların istehsal sahələri, Parkın Mərkəzləşdirilmiş analitik laboratoriyası və Radio ekoloji monitorinq sistemi ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: