Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın etnobotanikası” kitabı çapdan çıxıb
25.04.2018 10:08
  • A-
  • A
  • A+

“Azərbaycanın etnobotanikası” kitabı çapdan çıxıb

AMEA-nın Botanika İnstitutu və İran İslam Respublikasının Azad İslam Universitetinin Dərman Bitkiləri İnstitutunun əməkdaşları tərəfindən hazırlanan “Azərbaycanın etnobotanikası” kitabı oxucuların ixtiyarına verilib. Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva, həkim İlhamə Cəfərli, b.ü.f.d. Mohammad Zaefizaeh və əczaçı Seyed Shiva Asbagian Naminin həmmüəllifi olduğu nəşrdə Azəbaycanda və İranın şimal-qərb regionunda yaşayan azərbaycanlıların istifadə etdikləri təbii bitki resurslarının etnobioloji əsaslarla müalicə üsullarından bəhs olunur.

Kitabda hər iki olkənin ərazisində əsrlər boyu yaradılmış etnobotaniki təcrübələr təhlil edilib, bioloji mübarizə formasından istifadə qaydaları öyrənilib. İngilis dilində çap olunan kitab əldə edilən nəticələrin dünya elmi ictimaiyyətinə çatdırılması baxımından faydalıdır.

Nəşrin elmi redaktorları Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və İslam Azad Universitetinin Dərman bitkiləri İnstitutunun direktoru, Dr. Eshagh Rasoulidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: