Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyi münasibətilə müsabiqə elan olunur
26.04.2018 11:27
  • A-
  • A
  • A+

Akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyi münasibətilə müsabiqə elan olunur

AMEA Azad Həmkarlar İttifaqının dəstəyi, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) təşkilatçılığı ilə görkəmli alim, respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin anadan olmasının 100 illik yubileyi münasibətilə müsabiqə elan olunur.

Müsabiqədə FRTEB-ə daxil olan institutların yaşı 35-ə qədər olan gənc alim və mütəxəssisləri iştirak edə bilərlər.

Namizəd haqqında təqdimat, onların elmi nəticələri, qrant layihələrdə iştirakı, yüksək impakt faktorlu jurnallarda məqalələri barədə institutların elmi şuralarının qərarı və məlumat forması may ayının 10-dək FRTEB-ə təqdim edilməlidir.

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30

Telefon: (+994 12) 492 60 83

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: