Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Ramiz Mehdiyev Rusiyanın “Şərəf” ordeni ilə təltif edilib
26.04.2018 12:50
  • A-
  • A
  • A+

Akademik Ramiz Mehdiyev Rusiyanın “Şərəf” ordeni ilə təltif edilib

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Rusiyanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

R.Mehdiyev Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə bu mükafata layiq görülüb.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev aprelin 26-da Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində R.Mehdiyevə ordeni təqdim edib.

Akademik Rusiya Prezidentinin ona göstərdiyi yüksək diqqətə görə təşəkkürünü bildirib, iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini və bu işdə dövlət başçılarının mühüm rol oynadığını deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: