Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Qazaxıstanlı alimlər Botanika İnstitutunda olublar
27.04.2018 07:16
  • A-
  • A
  • A+

Qazaxıstanlı alimlər Botanika İnstitutunda olublar

Qazaxıstanın Manqışlaq Eksperimental Botanika Bağının nümayəndə heyəti AMEA-nın Botanika İnstitutunda olub.

İnstitutun direktoru, akademik Validə Əlizadə ilə görüşdə qonaqlara müəssisənin tarixi, elmi-tədqiqat işləri, infrastrukturu və həyata keçirilən layihələr barədə məlumat verilib.

Qonaqlar daha sonra institutun Botanika Muzeyi, Herbari Fondu və müasir laboratoriyaları ilə tanış olublar. Qazaxıstanlı alimlər fondda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin Avropa Məlumat Bazasına və Dünya Florasına daxil edilməsi haqqında məlumat alıblar.

Səfər müddətində qonaqlar AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində də olublar. Mərkəzin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev onları subtropik bitkiçilik sahəsində aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: