Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fiziologiya İnstitutunun direktoru Qazaxıstanda keçirilən "Şipajay-2018" III beynəlxalq elmi-praktik forumda iştirak edib
27.04.2018 14:51
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunun direktoru Qazaxıstanda keçirilən "Şipajay-2018" III beynəlxalq elmi-praktik forumda iştirak edib

24-25 aprel 2018-ci il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində "Şipajay-2018" III beynəlxalq elmi-praktik forumu keçirilib.

Qazaxıstan Respublikası Prezdenti İşlər İdarəsinin Tibb Mərkəzi və Səhiyyə Nazirliyinin birgə dəstəyi ilə keçirilən tədbirdə ölkəmizi AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri, b.ü.e.d. Ulduz Həşimova təmsil edib.

Forumda "Naftalan neftinin müalicəvi təsirinin eksperimental tədqiqi" mövzusunda məruzə ilə çıxış edən U.Həşimova Fiziologiya İnstitutunda Azərbaycanın unikal milli sərvəti olan Naftalan neftinin bioloji effektlərinin öyrənilməsi üzrə aparılan tədqiqatlardan bəhs edib. Məruzəçi qeyd edib ki, bu gün tibbi reabilitasiya və sanatoriya-kurort sektorunda geniş tətbiq olunan müalicə-profilaktika metodlarının, o cümlədən Naftalan neftinin kurort-reabilitasiya industriyasında istifadəsi uzun illər aparılan elmi biliklərə əsaslanır. Bu unikal balneoloji faktorun müalicəvi təsirinin müasir üsullardan istifadə etməklə daha dərindən öyrənilməsinin zəruriliyi vurğulanıb.

Məruzə digər ölkələrin təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Forum iştirakçıları elmi innovasiyaların tətbiqi baxımından qabaqcıl tibbi reabiliyasiya mərkəzlərinin və sanatoriyaların təcrübələri ilə də tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: