Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür
03.05.2018 14:23
  • A-
  • A
  • A+

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. 1991-ci il may ayının 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər bütün dünyada azad və müstəqil medianın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul ediblər.

Bəyannamə YUNESKO tərəfindən dəstəklənib və həmin tarixin Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunması barədə Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib. Nəhayət, 1993-cü il dekabrın 20-də BMT Baş Assambleyasının qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub.

Bu gün dünyada jurnalistlərin beynəlxalq peşə bayramı kimi qeyd edilir.

Hər il bu gün keçirilən tədbirlər müəyyən bir mövzuya həsr olunur. YUNESKO tərəfindən 2018-ci ilin mövzusu "Hakimiyyəti nəzarətdə saxlamaq: media, ədalət və qanunun aliliyi"nə həsr olunub. Bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsində medianın rolu və digər məsələlər araşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: