Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Şahin Mustafayev beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib
07.05.2018 07:11
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev Özbəkistanda nəşr olunan nüfuzlu “Özbəkistan tarixi” elmi jurnalının redaksiya heyətinə üzv seçilib.

Özbəkistan Elmlər Akademiyasının prezidenti, akademik Behzod Yuldaşevin bu ilin 29 mart tarixində imzaladığı sərəncama əsasən, jurnalın beynəlxalq redaksiya heyətinə dünya tarixşünaslığında və Özbəkistan elmində yüksək nüfuza malik olan altı görkəmli tarixçi daxil edilib. Bu heyətdə ABŞ, Avstriya, Rusiya, Fransa və Qazaxıstan alimləri ilə birgə akademik Şahin Mustafayevin də adı yer alıb.

Akademik Ş.Mustafayevin “Özbəkistan tarixi” jurnalının redaksiya heyətinə seçilməsi iki ölkə alimləri arasında elmi əlaqələrin güclənməsinə və Azərbaycan tarixçilərinin məqalələrinin nəşrdə dərc edilməsinə geniş imkan yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: