Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Heydər Əliyev: Hüseyn Cavidin əsərləri Azərbaycan xalqının milli sərvətidir” mövzusunda elmi sessiya keçirilib
07.05.2018 12:30
  • A-
  • A
  • A+

“Heydər Əliyev: Hüseyn Cavidin əsərləri Azərbaycan xalqının milli sərvətidir” mövzusunda elmi sessiya keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Heydər Əliyev: Hüseyn Cavidin əsərləri Azərbaycan xalqının milli sərvətidir” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı açaraq müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, müdrik siyasi xadimin səyi nəticəsində ölkəmizin müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoymasından, elmin, mədəniyyətin və ədəbiyyatın böyük hamisi olmasından, xüsusilə dahi sənətkar Hüseyn Cavid irsinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Ulu öndərin zəngin həyat salnaməsinə nəzər salan G.Babaxanlı dahi rəhbərin Naxçıvanda ilk ana dili və ədəbiyyat müəlliminin Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Hüseyn Cavid öz ölməz əsərləri ilə adını tarixdə əbədiləşdirmiş sənətkarlardan biri, Heydər Əliyev isə bu əbədiliyi tamamlayan, bütövləşdirən, ona layiq olduğu qiyməti verən və böyük şairin adına abidələr ucaltdıran nadir dövlət rəhbərlərindəndir.

O, həmçinin rəhbərlik etdiyi muzeyin ümummilli liderin qayğısı nəticəsində yaradılaraq cavidsevərlərin ixtiyarına verildiyini bildirib.

Sonra “Heydər Əliyev və Hüseyn Cavid” sərgisinə baxış olub.

Sərgidə “Müstəqilliyimiz əbədidir” çoxcildliyi, “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası, “Ömrün üç günü”, “Hüseyn Cavid” adlı albom kitabları, “Heydər Əliyev və Hüseyn Cavid” adlı rəsm əsəri və bir çox dəyərli eksponatlar tamaşaçılara təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: