Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2018 10:19
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi qeyd olunub

Şəki Regional Elmi Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi qeyd olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbiri ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov açaraq bildirib ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, milli-mənəvi dəyərlərə qayıdış, vətəndaş cəmiyyətinin, elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edib ki, Azərbaycanda Konstitusiyanın qəbul edilməsi, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.

Daha sonra ŞREM-in baş elmi işçisi, professor Firədun İbrahimov çıxış edərək ulu öndərin nitq və çıxışlarında, pedaqoji ictimaiyyətlə görüşlərində təhsilin bütün pillələrini əhatə edən ən aktual məsələlərə toxunduğunu, təhsilin məzmunu, idarə olunması, təlim-tərbiyə prosesinin mahiyyəti, cəmiyyətdə müəllimin rolu barədə konseptual müddəlar irəli sürdüyünü diqqətə çatdırıb.

Tədbirdə, həmçinin ŞREM-in Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanmasının bilavasitə Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib, gənc nəslin bilik və intellektual səviyyəsinin yüksəldilməsi, onların gələcəkdə peşəkar mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsinin daim ulu öndəri düşündürdüyünü deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: