Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın elmi müəssisə və təşkilatlarında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi qeyd olunub
10.05.2018 10:25
  • A-
  • A
  • A+

AMEA-nın elmi müəssisə və təşkilatlarında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi qeyd olunub

AMEA-nın BotanikaMolekulyar Biologiya və Biotexnologiyalar, Torpaqşünaslıq və Aqrokimya institutlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən silsilə tədbirlər keçirilib.

Tədbirlərdə çıxış edənlər görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın memarı və qurucusu olduğunu söyləyiblər. Qeyd olunub ki, ulu öndər 1993-cü ildə xalqın təkidi ilə ölkənin çox ağır vəziyyətdə olduğu dövrdə hakimiyyətə gəlib, uzaqgörənliyi, müdrikliyi, parlaq zəkası nəticəsində vətəndaş müharibəsinin qarşısını alıb, siyasi sabitliyi təmin edib.

Bundan əlavə, ulu öndərin hakimiyyəti dövründə iqtisadi, siyasi, elmi, mədəni, hərbi və digər sahələrdə bir çox uğurların əldə olunduğu, Azərbaycanı müasir inkişafa aparan "Əsrin müqaviləsi"nin imzalandığı, qısa müddətdə ölkənin gəlirlərinin artdığı və investisiya axınının başladığı bildirilib.

Eyni zamanda ümummilli liderin qətiyyəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun başladığı, Konstitusiyanın qəbul edildiyi, müvafiq dövlət orqanlarının formalaşdırıldığı diqqətə çatdırılıb.

Tədbirlərdə, həmçinin bu gün Azərbaycanın özünün müasir inkişaf yoluna qədəm qoyduğu, ulu öndərin ənənələrinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq arenada söz sahibinə çevrildiyi qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: