www.science.az
23.04.2014 00:00

“Funksiyalar cəbrinin morfizmlərinin spektral xassələri” mövzusunda ümuminstitut seminarı keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Funksiyalar cəbrinin morfizmlərinin spektral xassələri” mövzusunda ümuminstitut seminarı keçirildi. Seminarda mövzu üzrə Cəbr və riyazi məntiq şöbəsinin əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Aydın Şahbazov məruzə etdi.

Aydın Şahbazov kompaktda təyin olunmuş funksiyalar cəbrində endomorfizmlərin, eləcə də çəkili endomorfizmlərin müntəzəm normaya görə bəzi spektral xassələrinin 70-ci illərdən konkret müntəzəm cəbrlərdə araşdırıldığını qeyd etdi. Məruzədə müntəzəm cəbrləri əhatə edən, həm də çəkili tip endomorfizmlərin ümumi şəkildə spektral xassələr üçün meyarlardan danışıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.