AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin (ACX) yaranmasının 100 illiyi ilə əlaqədar sərgi açılıb.
Sərgi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 25 yanvar 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na əsasən təşkil edilib.
“Azərbaycan Xalq Cümhuriyyəti - 100” başlıqlı sərgidə “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası” (I və II cild), “Azərbaycanın Paris Sülh Konfransındakı elçiləri”, “İstiqlalın əzablı yolu”, “Azərbaycan Cümhuriyyəti”, “İstiqlal yürüşü - 1918”, “Azərbaycan Demokratik Respublikası: 1918-1920” və digər kitablar nümayiş olunur. Həmçinin AXC-nin 100 illik tarixindən bəhs edən və müxtəlif illərdə qəzet, jurnal və toplularda dərc edilən yazılar ziyarətçilərə təqdim olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.