www.science.az
17.05.2018 13:17

Azərbaycanlı alim beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun Zərif üzvi sintez laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, professor Sabir Məmmədovun adı "Science Journal of Chemistry" beynəlxalq jurnalının redaksiya heyətinə daxil edilib.

Qeyd edək ki, S.Məmmədov üzvi kimya sahəsində görkəmli alim olmaqla yanaşı, fizioloji fəal maddələrin sintezi ilə bağlı yüksək nailiyyətlər əldə edib. Apardığı elmi araşdırmaların mühüm elmi və təcrübi nəticələri "Tomson Reuters" Agentliyinin Elmi İnformasiya İnstitutunun "Web of Knowledge" axtarış sistemində referatlaşdırılmış yüksək resenziyalı xarici jurnallarda çap edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.