Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Məktəblilər arasında fizika fənnindən olimpiada keçirilib
17.05.2018 12:26
  • A-
  • A
  • A+

Məktəblilər arasında fizika fənnindən olimpiada keçirilib

AMEA-nın Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə X siniflər arasında fizika fənnindən olimpiada keçirilib.

Bilik yarışında Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində Fizika-riyaziyyat təmayüllü liseyi, Gənc İstedadlar liseyi, Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyi, Səbail rayon 132-134 saylı təhsil kompleksi, Akademik Zərifə Əliyeva adına məktəb, Yasamal rayonu 225 saylı tam orta məktəb və digər orta təhsil müəssisələrindən 25 şagird iştirak edib.  

Yarışdan öncə keçirilən görüşdə institutun elmi işlər direktor müavini, akademik Cavad Abdinov çıxış edərək olimpiadanın məktəblilərdə elmə maraq yaratmaq və onların biliklərini yoxlamaq məqsədilə təşkil olunduğunu deyib.

Sonra çıxış edən institutun GAMŞ-nın sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov sualların müəssisənin pedaqoji təcrübəsi olan alimləri tərəfindən hazırlandığını vurğulayıb. Qeyd edib ki, olimpiadanın qalibləri təşkilatçılar tərəfindən I,II, III dərəcəli diplom və mükafatlarla təltif olunacaqlar. 

Daha sonra olimpiada start götürüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: