Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.05.2018 14:22
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində “Açıq qapı” günü keçirilib

Hüseyn Cavidin Ev Muzeyində “Açıq qapı” günü keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçirilib.

Bu il muzeyə gələn qonaqlara “İlham Əliyev və muzeylər” mövzusunda maarifləndirici ekskursiya təşkil edilib.

“Açıq qapı” günü münasibətilə gün ərzində muzeyi Bakının, eləcə də paytaxta yaxın rayon və qəsəbələrin orta məktəblərinin şagirdləri, universitet tələbələri və müəllimləri, həmçinin şəhər sakinləri və turistlər ziyarət ediblər. Tamaşaçılara muzeyin bələdçiləri tərəfindən Hüseyn Cavidin həyat və yaradıcılığı, muzeyin ekspozisiyasında sərgilənən dəyərli eksponatlar barədə məlumat verilib.

Ümumilikdə, gün ərzində muzey 400-ə yaxın şəxsi qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: