Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev nüfuzlu beynəlxalq jurnalın redaktoru seçilib
21.05.2018 11:30
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev nüfuzlu beynəlxalq jurnalın redaktoru seçilib

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Communications” jurnalının “Fizika Elmləri və Mühəndislik” seriyasının redaktoru seçilib. Jurnal Ankara Universitetinin Elmlər fakültəsi tərəfindən nəşr olunur.

Qeyd edək ki, 1948-ci ildən nəşr olunan, “TUBITAK-Ulakbim” və “JournalSeek” tərəfindən indeksləşən jurnalda fizika, mühəndislik fizikası, elektronika və kompüter mühəndisliyi, astronomiya və geofizika sahələrini əhatə edən məqalələr nəşr olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: