Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.04.2014 00:00
  • A-
  • A
  • A+

“Sülh naminə tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlığının gələcək perspektivləri” konfransı keçirilib

“Sülh naminə tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlığının gələcək perspektivləri” konfransı keçirilib

11-12 aprel 2014-cü il tarixlərdə Bakıda Azərbaycan NATO məktəbi, NATO İctimai Diplomatiya Bölməsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) tərəfindən təşkil olunmuş “Sülh naminə tərəfdaşlıq proqramının 20 illiyi və NATO Tərəfdaşlığının Gələcək Perspektivləri” mövzusunda əməkdaşlıq konfransı keçirilib. NATO rəsmilərinin iştirakı ilə keçirilən iclasa XİN-in nazir müavini Araz Əzimov rəhbərlik edib.

Məqsəd ölkəmizin dövlət, elm və təhsil qurumlarının STEP proqramı vasitəsilə NATO ilə əməkdaşlığını elm və innovasiyalar əsasında gücləndirmək, enerji təhlükəsizliyi, kiber müdafiə, qlobal təhlükəsizlik (nüvə radiasiyası, təbii fəlakətlər, texnogen qəzaların fəsadlarının aradan qaldırılması) və qarşılıqlı maraq doğuran digər sahələr üzrə Azərbaycan ilə layihələrin həyata keçirilməsidir.

NATO Baş katibinin müavini Sorin Dukaru STEP proqramı üzrə bəzi islahatların həyata keçirildiyini və ölkəmizdəki ekspertlərin bu proqram çərçivəsində səmərəli işləməsi üçün layihələrin əhəmiyyətindən söz açıb.

Xatırladaq ki, Azərbaycan 20 ildir ki, NATO Sülh naminə Tərəfdaşlıq proqramında əməkdaşlıq edir. Proqram çərçivəsində AMEA-nın müxtəlif institutları NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramında fəal iştirak edib və layihələr təqdim edərək müxtəlif sahələr üzrə qrantlara layiq görülüblər.

NATO layihələri ilə maraqlanan alimlərin AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinə müraciət etmələri xahiş olunur.

Əlaqə tel.: (994 12) 4926651

(994 12) 4924318

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: