Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxana AMEA-nın ümumi yığıncağı zamanı keçirilən sərgidə uğurla iştirak etdi
24.04.2014 00:00
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana AMEA-nın ümumi yığıncağı zamanı keçirilən sərgidə uğurla iştirak etdi

18 aprel 2014-cü il tarixdə AMEA-nın Əsas binasında illik ümumi yığıncağı keçirilib. Tədbirdə 2013-cü ilin elmi və elmi-təşkilatı fəaliyyətinin yekunlarına dair sərgi və slayd nümayiş etdirilib. AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) da bu sərgidə uğurla iştirak edib.

Kitabxana tərəfindən təşkil olunan sərgidə kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslığın nəzəri və təcrübi məsələlərinin tədqiqini, elmin analitik-informasiya təminatı sahəsində MEK-in əldə etdiyi mühüm nəticələrini özündə əks etdirən 22 kitab və məqalələr tədbir iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, tədbirdə nümayiş olunan slaydda 2013-cü ilin fəaliyyəti üzrə əsas göstəricilər öz əksini tapmışdır. Burada kitabxananın sənəd-informasiya resursları fondlarına Azərbaycan və xarici dillərdə daxil olan ədəbiyyat, o cümlədən beynəlxalq kitab mübadiləsi vasitəsilə əldə edilmiş nəşrlər, fondların ümumi həcmi, oxucuların sayı, kitabxana-informasiya proseslərinin avtomatlaşdırılması ilə bağlı həyata keçirilən işlər haqqında (elektron kataloqun, elektron məlumat bazaların, elektron kitabxananın yaradılması, veb-saytın modernləşdirilməsi və b.) məlumat yerləşdirilmişdir.

Eyni zamanda slaydda MEK-in apardığı elmi-tədqiqat işlərinin nəticələrini özündə əks etdirən kitablar haqqında geniş informasiya verilmiş, kitabxananın əməkdaşları tərəfindən həyata keçirilən elmi layihələrin məzmunu açıqlanmışdır.

Sərgidə kitabxana əməkdaşlarının iştirak etdiyi respublika və beynəlxalq səviyyəli elmi konfranslar, sessiyalar, təqdimatlar, sərgilər haqqında qısa məlumat da verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: