Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyində XIX-XX əsrlərə aid “Qarabağ” kəmərləri saxlanılır
01.06.2018 13:46
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində XIX-XX əsrlərə aid “Qarabağ” kəmərləri saxlanılır

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunun kolleksiyasında çoxsaylı və müxtəlif kompozisiyalı kəmərlər saxlanılır.

Azərbaycanda ən geniş yayılmış, zəngin tərtibatlı milli geyimlərin əsas aksesuarlarından biri də kəmərlərdir. Rəngarəng və mürəkkəb quruluşlu kəmərlər etnik özünəməxsus tərtibatla bərabər sahibinin statusunu, yaşını və yaşadığı bölgəni əks etdirir.

Hazırda fondun kolleksiyasında XIX-XX əsrin əvvəlinə aid 50-dən artıq “Qarabağ” kəməri saxlanılır. Bu növ yığma kəmərlər iki və ya dörd hissəli toqqa və qayışın üzərinə düzülən müxtəlif fiqurlu lövhələrdən yığılıb.

Nəbati təsvirlərlə bərabər türk mifologiyasında rast gəlinən ikibaşlı qartal bu növ kəmərlərdə ən geniş yayılmış motivlərdəndir. Hər bir lövhənin üzəri oyma və qarasavad texnikasında işlənilib.

Bu kəmərlərin tədqiqi Azərbaycan etnoqrafiyasının öyrənilməsi baxımından mühümdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: