Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Böyük Britaniyanın Azərbaycandakı səfiri AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında olub
04.06.2018 14:53
  • A-
  • A
  • A+

Böyük Britaniyanın Azərbaycandakı səfiri AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında olub

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar.

Qonaqlar rəsədxananın 2 metrlik teleskopu ilə tanış olublar. Onlara Şamaxı Astrofizika Rəsədxanasında aparılan elmi-tədqiqat işləri, qurumun beynəlxalq əlaqələri və müşahidə imkanları barədə məlumat verilib.

Rəsədxanada yaradılan şərait britaniyalı qonaqlarda böyük təəssürat yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: