Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Məhərrəm Qasımlının elmi və ədəbi-bədii fəaliyyətindən bəhs edən kitab
05.06.2018 08:13
  • A-
  • A
  • A+

Professor Məhərrəm Qasımlının elmi və ədəbi-bədii fəaliyyətindən bəhs edən kitab

Bu günlərdə “Görkəmli elm adamları” silsiləsindən “Məhərrəm Qasımlı. Ömür yolu və biblioqrafiya” adlı kitab çap olunaraq oxucuların ixtiyarına verilib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Məhərrəm Qasımlının anadan olmasının 60 illik yubileyi ilə bağlı hazırlanan bu avtobioqrafik əsər görkəmli ziyalı, alim və şairin uzun illər boyu elmi və ədəbi-bədii fəaliyyətinin mühüm bir qismini əhatə edir.

Kitabda Məhərrəm Qasımlının – Orxan Paşanın ana dilimizlə yanaşı müxtəlif ölkə və dillərdə nəşr olunan əsərləri haqqında məlumatlar da yer alıb. Nəşr bütövlükdə 13 bölmədən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: