Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin hamisi” kitabı çapdan çıxıb
05.06.2018 10:38
  • A-
  • A
  • A+

“Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin hamisi” kitabı çapdan çıxıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən “Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin hamisi” kitabı çap olunub.

“Şərq-Qərb” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, tərtibçisi həmin müəssisənin elmi işçisi Əzizə Ələkbərovadır.

Nəşr Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xalqımızın qədim və zəngin mədəniyyətinin etibarlı və ləyaqətli hamisi kimi misilsiz və çoxşaxəli fəaliyyətindən bəhs edir.

Azərbaycan və fransız dillərində ərsəyə gələn vəsait oxucunu həm Mehriban Əliyevanın mədəniyyətimizin inkişafı, milli mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində çoxşaxəli və dərin məzmunlu fəaliyyəti barədə məlumatlandırır, həm də mədəni irsimizlə bağlı bilgilər verməklə maarifləndirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: