Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

05.06.2018 15:48
  • A-
  • A
  • A+

Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Milli Azərbaycan Tarixi Muzeyində olub

Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Milli Azərbaycan Tarixi Muzeyində olub

Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

Qonağı muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayıb. Aleksandr Ata muzeyin ekspozisiya zalları və yeni açılan Qazaxıstanın “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” adlı sərgi ilə yaxından tanış olub. Bakının arxiyepiskopuna muzeyin bütün dövrlərini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.

Şərq və Avropanın sintezini özündə cəmləşdirən muzeyin möhtəşəm binası və zalları qonağın xüsusi marağına səbəb olub.

Sonda Aleksandr Ataya muzeyin nadir inciləri – kataloq və bukletlər hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: