www.science.az
06.06.2018 16:45

Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi müzakirələr keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR), “Azərkosmos” ASC və Milli Aviasiya Akademiyasının birgə layihəsi olan və Azərbaycanda ilk dəfə olaraq buraxılacaq nano­peyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi müzakirələr keçirilib.

ŞAR-da baş tutan müzakirələrdə Moskva Dövlət Universitetinin Fizika fakültəsinin Kosmos fizikası kafedrasının professoru, f-r.e.d., S.Svertilov, D.V.Skobelçin adına Nüvə Fizikası Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, f.-r.f.d., V.Osedlo, həmin ins­­titutun aparıcı elmi işçisi, f.-r.f.d., Y.Popova, Milli Aviasiya Akademiyasının Yeni tex­­nika və texnologiyanın işlənməsi şöbəsinin müdiri, f.-r.ü.f.d., A.Musayev və Aviasiya mikroelektron vericiləri şöbəsinin müdiri  R.İbrahimov iştirak ediblər.

İclası ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq qonaqlara rəsədxanada yerinə yetirilən elmi-tədqiqat işləri barədə mə­lumat verib.  

Sonra ŞAR-ın elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dos. Xıdır Mikayılov “Rəsəd­xanadakı teleskoplar və istifadə olunan müşahidə cihazları” və Ulduz atmosferləri və maqnetizm şöbəsinin müdiri, f.-r.ü.f.d.,dos. Canməmməd Rüstə­mov “Nano­peyklərdə astrofiziki eksperimentlərin qoyulması” mövzusunda məruzə ilə çıxış ediblər.

Məruzələr dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar ŞAR-ın 2 metrlik teleskopuna baxış keçiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.