www.science.az
28.04.2014 00:00

İtaliyanın Genuya Universiteti ilə imzalanmış memorandum ilə bağlı “dəyirmi masa” keçirilib

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda İtaliyanın Genuya Universiteti ilə imzalanmış əməkdaşlıq memorandumu ilə bağlı “dəyirmi masa” keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə açaraq hazırda institutun alimləri tərəfindən aparılan tədqiqatla, elmi araşdırmaların mövzuları barədə məlumat verib, institutun şöbələrinin fəaliyyətindən söz açıb.

Genuya Universitetinin prorektoru Mişel Marsone fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin tarixindən danışıb. Genuyada istər antik elmlərin (yunan və latın dilləri), istərsə də klassik elmlər (tarix, filologiya, fəlsəfə, hüquq) tədrisinə xüsusi yer ayrıldığını söyləyən M.Marsone bildirib ki, universitetdə fəlsəfə elmi demək olar ki, bütün aspektlərdən araşdırılır, universitetdə tələbələrə ərəb və fars dilləri öyrədilir.

Sonda təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.