Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Xoşbəxt Yusifzadə “Neftçi Geoloqları Cəmiyyəti” İB-in fəxri üzvü olub
08.06.2018 10:30
  • A-
  • A
  • A+

Akademik Xoşbəxt Yusifzadə “Neftçi Geoloqları Cəmiyyəti” İB-in fəxri üzvü olub

“Neftçi Geoloqları Cəmiyyəti”nin aktiv üzvü olan, uzun illər ərzində böyük fayda və cəmiyyətin uğurlarına öz töhfəsini verən akademik Xoşbəxt Yusifzadə “Neftçi Geoloqlar Cəmiyyəti” İB-in fəxri üzvü olub. Qərarı təsdiqləyən nişanı cəmiyyətin sədri Arzu Cavadova akademikə təqdim edib.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən “Neftçi Geoloqları Cəmiyyəti” qeyri-hökumət təşkilatı Avropanın (“EAGE”), Amerikanın (“AAPG”) və dünyanın (“SPE”) nüfuzlu assosiasiyaları ilə birgə 10 peşəkar beynəlxalq konfrans, eləcə də elmin korifeyləri olan geoloqlar - Əli Əşrəf Əlizadə və Şəfaət Mehdiyevin ideyalarının inkişafına dair 10 respublika səviyyəli elmi konfrans, tələbə və gənc tədqiqatçılar üçün 23 respublika səviyyəli və beynəlxalq konfrans, tələbələr və beynəlxalq konfransların iştirakçıları üçün 52 geoloji ekskursiya, 39 tematik seminar və tələbələr üçün 130-dan çox xüsusi mühazirə keçirib.

Cəmiyyət “Azərbaycan geoloqu” elmi bülletenini nəşr edir, həmçinin dərslik və dərs materialları, lüğətlər, elmi və elmi-populyar monoqrafiyalar çapdan çıxarır, tələbələr üçün neft sənayesinin müxtəlif sahələrində işlərin spesifikliyinə aydınlıq gətirilməsinə dair fəaliyyət görür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: