Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Aqrar Elmlər Bölməsinin növbəti yığıncağı keçirildi

AMEA Aqrar Elmlər Bölməsinin növbəti yığıncağı keçirildi

Bu gün AMEA Rəyasət Heyətində AMEA Aqrar Elmlər Bölməsinin (AEB) növbəti yığıncağı keçirildi.

Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AEB-in akademik-katibi, akademik Qərib Məmmədov gündəlikdəki məsələlər barədə məlumat verdi.

Daha sonra bölməyə daxil olan institutların 2014-cü il üçün mövzu planlarının təsdiqi məsələsi müzakirə edildi. Q.Məmmədov qeyd olunan istiqamətlərin bütün bölməni əhatə etdiyini vurğuladı.

Tədbirdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yeni təyin edilmiş direktor əvəzi Əmirah Məmmədovun müraciətinə əsasən təhvil-təslim komissiyasının yaradılması məsələsinə baxıldı. AEB-in akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Mahmud Abdullayev bu komissiyanın sədri təyin edildi.

Genetik Ehtiyatlar İnstitutunun Çoxillik bitkilər şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Dilşad Bayramovanın 65 illiyinin institut səviyyəsində qeyd edilməsi, 2014-cü ildə elmlər və fəlsəfə doktorlarının attestasiyası məsələləri də müzakirə edildi. Elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantların dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: