www.science.az
11.06.2018 14:59

Əfşarlar tarixinin az tədqiq olunmuş dövrü haqqında yeni nəşr

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, t.ü.f.d. Nigar Gözəlova və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun  əməkdaşı, fil.ü.f.d. Əkrəm Bağırovun “XVIII əsrin 30-40-cı illərində Nadir şah Əfşarın Bağdad yürüşləri” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Kitab Əfşarlar dövlətinin tarixində az tədqiq edilmiş dövrlərdən biri – Nadir şahın Bağdad yürüşlərinin araşdırılmasına həsr olunub. Əsərdə Nadir şahın yeni tapılmış ərəb dilli fərmanlarının Azərbaycan və rus dillərində olan tərcümələrinin də tədqiqata əlavə edilməsi həmin dövrün daha dərindən işıqlandırılmasına xidmət edir.

Nəşrin elmi redaktoru və ön sözün müəllifi, Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, rəyçiləri isə professor Kamandar Şərifov və t.ü.f.d. Aynur Hacıqədirlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.