İyunun 12-də saat 10:00-da AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görüş keçiriləcək.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunacaq tədbirdə “Poisk” qəzetinin fəaliyyəti, məqalələrin elmi-populyar üslubda hazırlanması, elmin KİV-də təbliği, elmi jurnalistlərin yetişdirilməsi istiqamətində görülən işlərlə bağlı bilik və təcrübə mübadiləsi aparılacaq.
Ünvan: Bakı şəh., H.Cavid pr.129
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.