Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Çin alimləri azərbaycanlı həmkarları ilə birgə tədqiqatların aparılmasında maraqlıdırlar
13.06.2018 12:01
  • A-
  • A
  • A+

Çin alimləri azərbaycanlı həmkarları ilə birgə tədqiqatların aparılmasında maraqlıdırlar

Son illər AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən dövlətin iqtisadiyyata müdaxilə səviyyəsinin ölçülməsi sahəsində aparılan tədqiqatlar beynəlxalq ekspertlərin və tədqiqatçıların diqqətini çəkməkdədir.

Çinin Şanxay Universitetinin Menecment Məktəbinin dekan müavini Vey Linin başçılıq etdiyi nümayəndə heyəti İqtisadiyyat İnstitutunda olub.

İnstitutun direktoru, professor Nazim İmanovla keçirilən görüşdə dövlətin iqtisadiyyata modelyaradıcı müdaxiləsi formaları ilə bağlı müzakirələr aparılıb. Çinli qonaqlar elmdə yeni və kreativ yanaşmanı özündə ehtiva edən bu sahədə Azərbaycan-Çin birgə tədqiqatlarının aparılmasının vacibliyini və əhəmiyyətini xüsusi vurğulayıblar.

Tərəflər təcrübə mübadiləsinin aparılması və əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: