Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.06.2018 10:11
  • A-
  • A
  • A+

AMEA-da Ramazan bayramı münasibətilə aztəminatlı ailələrə yardım göstərilib

AMEA-da Ramazan bayramı münasibətilə aztəminatlı ailələrə yardım göstərilib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin AMEA bölməsinin təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə yardım kampaniyası keçirilib.

Tədbirdə AMEA-nın İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev bölmənin fəaliyyətinin 2016-cı ildə yenidən bərpa edildiyini və qısa müddətdə bir sıra uğurlara imza atdığını söyləyib.

O, bu cür layihələrin ənənə halını aldığını və gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb. S.Əliyev yardım kampaniyası çərçivəsində AMEA-nın 13 elmi müəssisə və təşkilatından 90-a yaxın aztəminatlı ailəyə ərzaq yardımının göstəriləcəyini deyib.

Sonra cəmiyyətin AMEA bölməsinin rəhbəri Ceyran Nağıyeva ərzaq yardımını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: