www.science.az
14.06.2018 14:02

Dendrologiya İnstitutunda gənc ixtraçıların sərgisi təşkil olunub

AMEA-nın Dendrologiya İnstitutu və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illiyinə və 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunan gənc ixtraçıların əl işlərindən ibarət gəmi, təyyarə, raket və digər qurğuların sərgisini təşkil edib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov çıxış edərək gənc kadrların yetişməsi istiqamətində görülən işlərdən söz açıb, istedadlı uşaqların sərgilərinin təşkil olunmasının vacibliyini vurğulayıb.

Sonda T.Məmmədov və mərkəzin direktoru Əminə Musayeva sərgidə iştirak edən müsabiqə qaliblərinə diplomlar təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.