Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MEK Azərbaycanın milli irsinin öyrənilməsinə dair UNESCO-nun İşçi qrupuna üzv seçilib
20.06.2018 14:53
  • A-
  • A
  • A+

MEK Azərbaycanın milli irsinin öyrənilməsinə dair UNESCO-nun İşçi qrupuna üzv seçilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyilə mənəvi ənənələrin və dinlərarası dialoqun komparativ araşdırılmasına dair UNESCO-nun İşçi qrupunun növbəti iclası keçirilib.

Tədbirdə İşçi qrupunun müxtəlif ölkələrdən olan üzvləri - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov, Rusiyanın D.S.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutunun bazasında yaradılmış Ruhani və mədəni irsin qorunması kafedrasının dosenti Alina Venkova, ukraynalı tarixçi-arxeoloq Tatyana Krupa, Qazaxıstanın A.H.Margulan Dövlət Pedaqoji İnstitutunun Arxeoloji Araşdırma Mərkəzinin direktoru Teymur Smaqulov və Pavlodar Dövlət Pedaqoji Universitetinin Elmi Kitabxanasının direktoru Roza İqibayeva iştirak edib.

İclas zamanı AMEA-nın Mərkəzi Elmi Kitabxanası UNESCO-nun İşçi qrupuna üzv qəbul olunub.

İşçi qrup MEK nəzdində mədəni-tarixi irsin öyrənilməsi, qorunması və populyarlaşdırılması üzrə "Günəş axtarışında" adlı Beynəlxalq Mərkəzin yaradılması fikrini dəstəkləyib, eyni zamanda UNESCO kafedrasının yaradılması məqsədilə prosedur hazırlıqların aparılmasını zəruri hesab edib.

Qeyd edək ki, UNESCO-nun İşçi qrupunun MEK-in təşkilati dəstəyi ilə bu ilin aprel ayında keçirilən ilk iclasında respublikanın etnoqrafik və mədəni irsinin öyrənilməsi, pasportlaşdırılması və qorunması, eləcə də Azərbaycanın Qərb bölgəsində ehtiyac duyan qədim abidələrin bərpa işlərinə dair layihənin hazırlanması haqqında qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: