Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Əlyazmalar İnstitutunda qədim Quran əlyazmalarının sərgisi keçirilib
25.06.2018 14:02
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda qədim Quran əlyazmalarının sərgisi keçirilib

25 iyun 2018-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun sərgi salonunda Qədim Quran Araşdırma Birliyinin təşkilatçılığı ilə qədim Quran kitablarının və əlyazmalarının sərgisi keçirilib. 

Tədbirdə elm adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgidə 120-dən çox qədim Quran kitabı, əlyazma nüsxəsi, Quranın təfsirləri, ayrı-ayrı şairlərin dini şeirləri nümayiş etdirilib.

Birliyin sədri Nəhayət Hüseynova Qədim Quran Araşdırma Birliyinin yaranmasının üç ilinin tamam olduğunu bildirib. O, ilk belə bir sərginin  2016-cı ildə keçirildiyini qeyd edib. 

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktr müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov öz çıxışında institutda saxlanılan qədim Quran əlyazmaları barədə məlmat verib. O, qeyd edib ki, institutun fondunda ceyran dərisi üzərində yazılmış və IX əsrə aid ən qədim Quran əlyazmalarından biri saxlanılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: