Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Qırğızıstanda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib
27.06.2018 11:49
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Qırğızıstanda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib

Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Riyazi analiz, diferensial tənliklər və tətbiqlər – MADEA 2018" adlı beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev iştirak edib.

O, konfransın plenar iclasında "Şredinger operatorunun doğurduğu funksional fəzalar və inteqral operatorlar" mövzusunda məruzə ilə çıxış edib. Alim, həmçinin konfransın "Funksional və harmonik analiz, həqiqi və kompleks dəyişənli funksiyalar, inteqral çevirmələr, yaxınlaşma və interpolyasiya nəzəriyyəsi, cəmlənmə nəzəriyyəsi" seksiyasına rəhbərlik edib.

Səfər çərçivəsində V.Quliyev Serbiya, İsrail, Ukrayna, Türkiyə, Tacikistan və digər ölkələrin tanınmış alimləri ilə görüşüb, elmi müzakirələr aparıb.

Bundan əlavə, alim səfər zamanı Qırğızıstan-Türkiyə Manas Universitetində olub və müəssisənin rektoru, professor Səbahettin Balcı ilə görüşüb. Görüşdə iki qurum arasında gələcəkdə birgə əməkdaşlıq barədə müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: