Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın magistraturasına qəbul olunan bakalavrlar iyulun 11-dək qeydiyyatdan keçməlidirlər
28.06.2018 13:39
  • A-
  • A
  • A+

AMEA-nın magistraturasına qəbul olunan bakalavrlar iyulun 11-dək qeydiyyatdan keçməlidirlər

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olunan bakalavrlar iyunun 28-dən iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bakalavrlar qeydiyyatdan keçmək üçün tələb edilən sənədlər barədə məlumatı qəbul olunduqları təhsil müəssisəsindən əldə edə bilərlər.

Göstərilən müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: